Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

20 Yanvar hadisələrinin 28- ci ildönümü ilə əlaqədar “Həqiqət uğrunda ölümləriylə, ölümü kamına çəkdi şəhidlər“ adlı tədbir keçirildi.

16-01-2018 15:11

15 yanvar 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq kitabxanası, 1990- cı il 20 Yanvar hadisələrinin 28- ci ildönümü ilə əlaqədar “ Həqiqət uğrunda ölümləriylə, ölümü kamına çəkdi şəhidlər “ adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Ş.Qəmbərova açdı. 20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Ş.Qəmbərova bildirdi ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı. Daha sonra kitabxananın əməkdaşı, 1990- cı 20 Yanvar hadisələrindən bəhs edərək, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasətinin dəstəklənməsinə, o zamankı rəhbərliyin xəyanətkar mövqeyinə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması, Bakıda misli görünməmiş faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndiyini və həmin dövrdə Kremlin qəzəbinə tuş gəlmək istəməyən yerli hakimiyyətin cəsarətsizliyinin əksi olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirib, Bakının Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri kəskin tənqid etməklə yanaşı, Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq bu faciəni xalqa qarşı edilən tarixi cinayət adlandırmış və yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi hüquqi qiymət verildiyini və həmin gecə həlak olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, eləcədə hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və şəhid ailələrinə dövlət qayğısının artırılması məqsədilə onlarla Fərman və Sərəncamın imzalandığını və ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin hər zaman 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına və şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərdiyini qeyd etdi. Tədbir zamanı iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı sənədli film təqdim olundu. Kitabxananın rəssam oxucuları tərəfindən çəkilən 1990- cı il 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin və kitabların nümayiş olunduğu tədbir, H.Sarabski adına Bakı şəhəri 7 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.



120 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79