Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Xoşbəxt uşaqlıq ” adlı inşa müsabiqəsi keçirildi.

15-11-2017 15:03

13 noyabr 2017- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı, Xətai rayon ərazisində yerləşən 24, 191, 257, 263, 265 saylı məktəblərin şagirdləri arasında 20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Xoşbəxt uşaqlıq ” adlı inşa müsabiqəsi keçirdi. Müsabiqədə iştirak edən Xətai rayon 265 saylı orta məktəbin 8a, 6a və 6c sinif şagirdləri öz yaradıcılıq qabiliyyətlərinə və düşüncə tərzlərinə görə seçilirdilər. Tədbirin keçirilməsində əsas məqsəd, uşaqların layiqli vətəndaş kimi formalaşması və öz hüquqlarını bilməsi ilə yanaşı lazım gəldikdə özlərini müdafiə qabiliyyətlərini inkişaf etdirməkdən ibarət idi. Müsabiqədə fərqlənən uşaqlara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi. Daha sonra kitabxanada təşkil olunmuş “Mənim hüquqlarım ” adlı sərgi ilə tanış oldular. Tədbirdən sonunda kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı geniş məlumat verdi. Şagirdlər, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış olub, nağıl otağında müasir nağıllarımızı müzakirə etdilər. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.



59 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79