Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

164 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər.

15-11-2017 15:34

15 Noyabr 2017- ci il tarixində 164 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Balacalar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Hər bir uşağın marağına səbəb olan ekskursiya, şagirdlərin oxu zalında kitabxana haqqında cizgi film izləməsi ilə davam etdi. Sonda uşaqlara kitabxanamız tərəfindən kitablar hədiyyə edildi.



64 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79