Haqqımızda

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Respublika Dövlət Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.

Kitab bələdçisi

Xəbərlər

Respublika Uşaq Kitabxanasına şagirdlərin ekskursiyası təşkil olunub

15-19 aprel tarixlərində Respublika Uşaq Kitabxanasına Uniser, 54, 65, 101, 124, saylı tam orta məktəbin şagirdləri ekskursiya ediblər. Ekskursiya zamanı məktəblilər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Kitabxana əməkdaşları şagirdlərə Firidun bəy Köçərlinin "Balalara hədiyyə” kitabı haqqında məlumat verdikdən sonra, ədibin həyat və yaradıcılığını əks etdirən videoslayd təqdim edilib.

Kitab Haqqında Kəlamlar

Foto qalereya

Göy Qurşağı /2024/ №1

- Qar şəhəri

- Bozqulaq "dost" düzəldir

- Qarı qışın dəcəllikləri

- Tale of a little man and books

- Pambıq sahzadnin xoşbəxtliyi

- Sevimli uzunquyruq dostlar