Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı seminar məşğələ keçirildi.

15-11-2017 16:35

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin 2017-ci ilin II yarısı üçün təsdiqlənmiş iş planının 3.10 maddəsi əsasında F.Köçərli adına Respublika uşaq kitabxanası 2017-ci ilin 14-16 noyabr tarixində Goranboy, Göygöl, İsmayıllı, Kürdəmir, Qazax, Şamaxı, Şəmkir, Füzuli rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədilə  “Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı  seminar məşğələ keçirdi. Seminar iştirakçıları kitabxana ilə tanış oldular. “Uşaqlara səyyar kitabxana xidmətinin təşkili” adlı metodik vəsait, “Göy qurşağı” uşaq jurnalı və 15 adda metodiki biblioqrafik vəsaitlər verildi. Seminar məşğələni giriş sözü ilə Şəhla Qəmbərova açdı. O, informasiya cəmiyyətində kitabxanaların rolundan danışdı. Elmi işlər üzrə direktor müavini Z.Dadaşova “Keçmişimizi düşünək, gələcəyimizi qoruyaq” adlı çıxışını video çarxlı slaydın nümayişi ilə seminar iştirakçılarına təqdim etdi. Elmi metodika şöbəsinin müdiri R.Məmmədli isə  hazırladığı çarxlı slaydın köməyi ilə “İnformasiya cəmiyyətində uşaq kitabxanaları” mövzusu ilə çıxış etdi və hər bir iştirakçıya "Gələcəyin kitabxanası və kitabxanaçısı necə olmalıdır" adlı rəy sorğusu təqdim olundu. Rəy sorğularının təhlili seminarın III günü müzakirə olunacaq. Qeyd edək ki, seminar 16 noyabr tarixinə kimi davam edəcək.



170 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79