Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Azərbaycan Gəncləri Günü”- nə həsr edilmiş tədbir keçirildi.

02-02-2018 11:58

2 Fevral 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, “Sağlam Düşüncə” Gənclər Təşkilatının əməkdaşları ilə kitabxananın gənc işçiləri arasında maraqlı görüş keçirildi. “Azərbaycan Gəncləri Günü”- nə həsr edilmiş tədbirdə, təlimçilər təşkilatın yaranma tarixi, fəaliyyət istiqaməti, həyata keçirilən layihələr və əldə etdikləri nailiyyətlər haqqında geniş söhbət açdılar. Bununla yanaşı, gənclərə sağlam həyat tərzinin, düzgün qidalanmanın və keyfiyyətli təhsilin önəmini vurğuladılar. Sonda, gənclərin müasir dövrdə müxtəlif sahələri əhatən edən və maraqlandıran bütün sualları cavablandırıldı. Diskussiya formasında keçən tədbir, hər kəsin ürəyicə oldu.



109 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79