Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli” adlı söhbət və görkəmli pedaqoqun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabının icmalı təşkil olunmuşdur.

25-01-2018 15:45

25 yanvar 2018- ci il tarixində , Firidun bəy Köçərlinin 155 illik yubileyi münasibətilə kitabxanamızın xidmət şöbəsinin əməkdaşları tərəfindən Yasamal rayonundakı 53 saylı məktəbin III sinif şagirdləri ilə “Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli” adlı söhbət və görkəmli pedaqoqun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabının icmalı təşkil olunmuşdur. Söhbətdə qeyd olundu ki, “F. Köçərli uşaqlar üçün xalq arasında dolaşan müdrik babalarımızın, ağbirçək nənələrimizin öz övladlarına söylədiyi şifahi ədəbiyyat nümunələrini toplayaraq Azərbaycan folklorunda ilk antologiyanı- “Balalara hədiyyə”ni yaratmışdır. Onun ədəbiyyatımızdakı fəaliyyətini Respublikamızın Prezidenti İlham Əliyev öz nitqində belə qeyd etmişdir: “Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.” “Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyasıdır. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir.” Tədbirin davamında uşaqlar “Balalara hədiyyə” kitabı ilə yaxından tanış oldular, onları maraqlandıran bütün suallar cavablandırıldı.



143 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79